Modern.az

Xalq yazıçısının xanımı danışdı: “İsanın yanına heç gələn yoxdur”

Xalq yazıçısının xanımı danışdı: “İsanın yanına heç gələn yoxdur”

10 Dekabr 2013, 17:20

Modern.az saytıAzərbaycan nəsrinin ən qocaman nümayəndəsi olan İsa Hüseynovun  (Muğanna) səhhəti ilə maraqlanıb. Qeyd edək ki, xalq yazıçısı bir müddət əvvəl səhhəti üzündən Ağstafaya gedərək orda müalicə olunub. Artıq müəyyən müddətdir ki, Bakıya qayıdan yazıçının hazırda səhhətinin necə olması ilə maraqlandıq.

Həyat yoldaşı Firuzə xanım qocaman yazarın səhhəti barədə Modern.az-a bunları dedi: “İsa bu cürdü də, hərdən elə olur,  hərdən belə”. Firuzə xanımdan ədəbi mühitdən kimlərinsə onlara baş çəkib-çəkməməsi barədə soruşduqda bu cür cavab verdi: “Dostları varmı ki, tay-tuşları qalıb ki, gəlsinlər? Yazıçı-şairlərdən də heç gələn yoxdur”. 


Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu