Modern.az

“Berkut”un döyüşçüləri Maydana getməkdən imtina etdilər

 “Berkut”un döyüşçüləri Maydana getməkdən imtina etdilər

11 Dekabr 2013, 16:21


Ukraynanın Kirovqrad şəhərində “Berkut” xüsusi təyinatlıları Kiyevdəki Avropa meydanına hücum etməkdən boyun qaçırıblar. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, dünən axşam “Berkut”un həmin şəhərdəki xüsusi dəstəsini dinc etiraz aksiyası keçirənlərə hücum etmək üçün Kiyevə gətirmək istəsələr də, onlar buna razılaşmayıblar. “Biz dinc mitinq keçirənlərə güc tətbiq edilməsi göstərişindən birgə qərar verərək imtina etmişik. Hədələnməyimizə, hətta mümkün sanksiya ilə üzləşəcəyimizə baxmayaraq 220 nəfərlik bütün şəxsi heyət avtobuslara minməkdən imtina etdik”, - “Berkut”un komandirlərindən biri deyib.

Dəqiqləşdirilməmiş məlumata görə, “Berkut”un Kirovqrad xüsusi dəstəsinin komandirləri artıq vəzifələrinin icrasından uzaqlaşdırılıblar.

Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır