Modern.az

Azay Quliyev daşqından zərər çəkən şirvanlılarla görüşüb

Azay Quliyev daşqından zərər çəkən şirvanlılarla görüşüb

Parlament

10 May 2010, 23:06

Təbii fəlakətə məruz qalmış Şirvan şəhərinin Bayramlı qəsəbəsinin əhalisinin təhlükəsizliyi, Kür çayının dağılan bəndlərinin bərpası istiqamətində tədbirlər gücləndirilib.

Bu gün Şirvan şəhərindən deputat seçilmiş Azay Quliyev
Bayramlı qəsəbəsinin və daşqından zərər çəkmiş digər yaşayış məntəqələrinin seçicilərilə görüşüb, onların ümumi vəziyyəti ilə yaxından tanış olub. 
Modern.az xəbər verir ki, A.Quliyev seçicilərini əmin edib ki, daşqından zərər çəkmiş şirvanlıların problemlərinin həlli üçün əlindən gəldiyi qədər kömək edəcək. O, bu arada İngiltərədə ezamiyyətdə olduğunu və Bakıya qayıdan kimi dərhal Şirvana gəldiyini deyərək baş vermiş hadisələrdən təəssüfləndiyini vurğulayıb. 

Millət vəkili A.Quliyev Fövqəladə Hallar, Daxili İşlər, Nəqliyyat və Səhiyyə nazirliklərinin eləcə də, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının fəlakət bölgəsində fəaliyyət göstərən qəraragahına da baş çəkib, bəndatma işlərinin və görülən digər təhlükəsizlik işlərinin gedişi barədə məlumat alıb.


Qeyd edək ki, bəzi mətbuat orqanlarında Şirvan şəhərinin Bayramlı qəsəbəsinin tamamilə su altında qaldığı, əhalinin isə evakuasiya olunduğu barədə məlumat verilib. qəsəbə sakinləri tərəfindən Modern.az-a verilən məlumata görə, Bayramlıda qəsəbənin hələki yaşayış olan ərazilərini su basmayıb və əhali yerində qalır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir