Modern.az

“Eurovision” qalibi Maydana səsləndi

“Eurovision” qalibi Maydana səsləndi

Dünya

12 Dekabr 2013, 13:42


Kiyevdəki Avropa meydanının əvəzolunmaz simvoluna çevrilən müğənni Ruslana meydana yığışanlara müraciət edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, “Eurovision-2004” mahnı yarışmasının qalibi meydana yığışanlara “Berkut” xüsusi təyinatlılarına yalan məlumat verildiyini xatırladaraq onları düşmən yox, qardaş kimi salamlamağı məsləhət görüb. Onun fikrincə, “berkut”çuları bura real və obyektiv informasiyadan məhrum edərək gətiriblər: “Bu səbəbdən onları düşmən yox, qardaş kimi alqışlamalıyıq. Biz deməliyik: “Qardaşlar”  Geri çəkilin!”.

Ruslanın fikrincə, güc strukturlarının əməkdaşlarının valideynlərinə və ailə üzvlərinə müraciət edərək onlara həqiqəti söyləməlidirlər. O əmindir ki, “berkut”çuların insanların üzərinə qeyri-sağlam hislərlə yürüməsinin bir səbəbi də onların iki həftə kazarmada saxlanılaraq yalan məlumat verilməsidir.

Xatırladaq ki, Ruslana bu gün səhər Maydanda insanları coşduran mahnı ifa edib.

Modern.az                                   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir