Modern.az

Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb

Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb

11 May 2010, 10:08

 

May ayının 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində mərasim keçirilib. Heydər Əliyevin adını daşıyan Parkda keçirilən tədbirdəAzərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin kollektivi, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, ARDNŞ-nin Rumıniya nümayəndəliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası, rumın, türk və tatar ictimaiyyətinin təmsilçiləri, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər. Məlumatı Modern.az-a  Azərbaycanın Rumıniyadakı səfirliyindən veriblər.

 

Tədbirdə çıxış edənlər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söhbət açıb, onun ağır mübarizə şəraitində keçən həyat yolundan ətraflı bəhs ediblər. Dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya arasında hal-hazırda mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin təməlinin Heydər Əliyev tərəfindən qoyulması xüsusilə vurğulanıb.

Çıxışlardan sonra Heydər Əliyevin büstünün önünə əklillər və tər çiçəklər qoyulub. Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi təqdim olunub və Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi