Modern.az

Qəbələdə şabalıd meşələri məhv olur

Qəbələdə şabalıd meşələri məhv olur

31 Avqust 2009, 13:47

Qəbələdə şabalıd ağaclarına ciddi təhlükə yaranıb. Bu barədə Modern.az saytına Qəbələ Meşə Mühafizəsi və Bərpası İdarəsinin rəis müavini Arzu Hacıyev məlumat verib. Onun sözlərinə görə rayonda şabalıd ağaclarına kütləvi şəkildə xəstəlik yayılıb: “Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyə də müraciət etmişik. Artıq nazirlik əməkdaşları şabalıd meşələrinə baxış keçiriblər. Aparılan monitorinqin nəticələrinə uyğun olaraq Qəbələdə şabalıd ağacları kökündən çxarılacaq. Təəssüf ki, şabalıd ağacarında göbələk xəstəliyi aşkarlandı. Bu xəstəliyin dərmanı yoxdur. Xəstəlik ağacların kökündən və gövdəsindən başlayir. Ona gərə də biz bu ağacları kökündən çıxarmaq məcburiyyətindəyik”.

Arzu Hacıyev onu da bildirib ki, bu xəstəlik həyətyanı sahələrdə də geniş yayılıb: “Problemdən  ayrı çıxış yolu yoxdur. Əlac ona qalıb ki, çıxarılacaq agacların yerində yeniləri əkilsin. Ola bilsin ki, yeni əkiləcək şabalıd ağacı olmasın”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir