Modern.az

İqbal Ağazadə: "Deputatlar 15 günlük maaşlarını yardım etsinlər"

İqbal Ağazadə: "Deputatlar 15 günlük maaşlarını yardım etsinlər"

11 May 2010, 12:49

Modern.az-ın xəbər veridiyi kimi, Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputatlar Kür çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Salyan, Şirvan, Sabirabad, Neftçala, Zərdab, Kürdəmir rayonlarında yaranmış acınacaqlı vəziyyət barədə danışıblar. Millət vəkili İqbal Ağazadə deyib ki, Milli Məclisin deputatları bu çətin anlarda sözdə deyil, əməldə fəlakət zonasının sakinlərinin yanında olmalıdır. Deputat onlara yardım göstərilməsi üçün xüsusi hesabların açılmasını vacib sayıb. İ.Ağazadə, təklif edib ki, millət vəkilləri 15 günlük maaşlarını həmin hesaba köçürsünlər

. Onun sözlərinə görə, daşqından zərər çəkən vətəndaşlara yardım məqsədilə yaradılacaq fonda hər bir millət vəkili 500 manat ödəməlidir. Bundan başqa, millət vəkilləri quruplar şəklində təbii fəlakət zonasına səfərlər etməli və həyata keçirilən işlərə dəstək verməlidirlər. İ.Ağazadə qeyd edib ki, təbii fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra bənd bərkitmə işlərində hər hansı korrupsiyaya yol verilib-verilmədiyi bir daha araşdırılmalıdır. Hökumət parlamentə hesabat verərkən bu istiqamətdəki araşdırmaların nəticələrini də açıqlamalıdır.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi