Modern.az

Con Makkeyn Kiyevə gəlir

Con Makkeyn Kiyevə gəlir

14 Dekabr 2013, 14:37

Respublikaçı-senator Con Makkeyn Avropa meydanında etiraz aksiyası keçirənlərlə və Ukrayna hakimiyyətinin nümayəndələri ilə görüşmək üçün Kiyevə gəlir. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Makkeynin mətbuat katibi Brayan Rocers məlumat verib. Onun sözlərinə görə, respublikaçı-senator dekabrın 14-ü və 15-də Kiyevdə ukraynalıların öz gələcəkləri uğrunda necə mübarizə apardıqlarının şahidi olmaq niyyətindədir. Dekabrın 15-də isə senator-demokrat Konnektikuta Kris Merfi Kiyevə gələcək.

Makkeyn bir neçə gün əvvəl ABŞ-ı Ukraynaya qarşı xarici siyasətində daha fəal olmağa çağırıb.
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir