Modern.az

Milli Məclis şəxsiyyət vəsiqəsinə etibarlılıq müddətinin yazılmasını vacib saydı

Milli Məclis şəxsiyyət vəsiqəsinə etibarlılıq müddətinin yazılmasını vacib saydı

11 May 2010, 13:41

Modern.az xəbər verir ki, bu gün Milli Məclisin növbəti plenar iclasında 

"A­zər­bay­can Res­pub­li­ka­sı və­tən­da­şı­nın şəx­siy­yət və­si­qə­si haq­qın­da" qa­nu­na də­yi­şik­lik­lə­r də müzakirə edilib. Dəyişikliklərdə və­tən­daş­la­rın şəx­siy­yət və­si­qə­sin­də eti­bar­lı­lıq müd­də­ti ya­zı­lması nəzərdə tutulur. Mü­za­ki­rə­lər za­ma­nı de­pu­tat­lar müx­tə­lif tək­lif­lər­lə çı­xış edi­blər. ­ Mil­lət və­ki­li Ba­ba Ta­ğı­yev de­yib ki, Azər­bay­can­da şəx­siy­yə­ti təs­diq edən sə­nəd­lə­rə mil­li kim­lik də ya­zıl­ma­lı­dır. Mil­lət və­ki­li Za­hid Oruc isə şəx­siy­yət və­si­qə­lə­ri­nə və­tən­da­şın mil­li­yə­ti­nin ya­zıl­ma­sı­nı va­cib say­mayıb. Mil­lət və­ki­li Mü­ba­riz Qur­ban­lı isə de­yib ki, Azər­bay­can­da ve­ri­lən şəx­siy­yət və­si­qə­sin­də bi­rin­ci və­tən­da­şın so­ya­dı, son­ra adı, ar­dın­ca isə ata adı ya­zı­lır. Am­ma be­lə ol­ma­ma­lı­dır. De­pu­ta­tın fik­rin­cə, və­tən­da­şın şəx­siy­yə­ti­ni təs­diq edən sə­nəd­də bi­rin­ci ad, son­ra ata adı, son­da so­yad ya­zıl­ma­lı­dır. Ko­mi­tə səd­ri Ə.Hü­sey­nov da şəx­siy­yət və­si­qə­lə­ri­nə mil­li­yə­tin ya­zıl­ma­sı­na gə­rək ol­ma­dı­ğın­lı de­yib.

Onun sözlərinə görə, Azərbaycanda elektron hökumət yaradılır və ona müvafiq olaraq əhaliyə Avropada olduğu kimi, fərdi məlumatların əks olunduğu elektron kartlar veriləcək. Həmin kartda vətəndaş barəsində bütün məlumatlar əksini tapacaq: “Ona görə də belə bir təklifin praktiki olaraq nəzərə alınması gündəmdə deyil”. Müzakirələrdən sonra

Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” qanunlara dəyişiklik və əlavələr edilməsi barədə sənədi qəbul edib

. Həmin sənədə əsasən, şəxsiyyət vəsiqələrinin üzərində etibarlılıq müddəti göstəriləcək. Etibarlılıq müddəti bitən sənədlərin sahibi onu vaxtında dəyişdirməyəcəyi təqdirdə cərimələnəcək. Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsi sahəsində islahatlara 2001-ci ilin sentyabrından başlanılıb. Daxili İşlər Nazirliyi 16 yaşına çatan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanuna görə, 16 yaşına çatmış vətəndaş ilk dəfə şəxsiyyət vəsiqəsi aldıqdan sonra bu sənədi bir neçə dəfə dəyişdirməlidir. Belə ki, hər bir vətəndaş 25, 35, 50 yaşlarına çatdıqda, bundan başqa onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Lakin müşahidələr göstərir ki, şəxsiyyət vəsiqəsinə malik vətəndaşların əksəriyyəti müvafiq yaşa çatdıqda, ailə vəziyyəti dəyişdikdə sözügedən sənədi dəyişdirmək üçün könüllü surətdə daxili işlər orqanlarına müraciət etmir. Onlar yalnız hansısa bir məsələ ilə əlaqədar rəsmi qurumlara müraciət etdikidə məlum olur ki, şəxsiyyəti təsdiq edən sənid yaşa görə dəyişməlidir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı