Modern.az

Bakının Əzizbəyov rayonunun adı dəyişdirildi

Bakının Əzizbəyov rayonunun adı dəyişdirildi

11 May 2010, 13:48

Modern.az xəbər verir ki, bu gün Milli Məclisin növbəti plenar iclasında Bakının Əzizbəyov rayonunun adının dəyişdirilməsi məsələsinə baxılıb. Müzakirələr nəticəsində parlament rayonun adının dəyişdirilərək Xəzər adlandırılmasına tərəfdar çıxıb. Beləliklə səsvermə nəticəsində Əzizbəyov rayonunun adı dəyişdirilib Xəzər qoyuldu.

Səs­ver­mə za­ma­nı 89 de­pu­tat məsələnin le­hi­nə səs ver­ib, 1 nə­fər bi­tə­rəf qal­ıb, əley­hi­nə səs ve­rən ol­ma­yıb.

Xatırladaq ki. bir müddət öncə Milli Məclisin Regional məsələlər komitəsi  və Milli Məclis yanında Toponimiya komissiyası “Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsini bəyənmişdi.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir