Modern.az

Arif Rəhimzadə: "Növbəti seçkilərdə də namizədliyimi irəli sürəcəm"

Arif Rəhimzadə: "Növbəti seçkilərdə də namizədliyimi irəli sürəcəm"

11 May 2010, 14:02

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu ilin payızında keçiriləcək növbəti parlament seçkilərində namizədliyini növbəti dəfə irəli sürəcəyini bəyan edib.  Modern.az xəbər verir ki, bu varədə jurnalistlərə açıqlamasında deputat məlumat verib. A.Rəhimzadənin sözlərinə görə, kimin onun barəsində nə deməsindən asılı olmayaraq seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, A.Rəhimzadə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. O, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, hazırda üçüncü çağırış Milli Məclisin komitə sədridir. A.Rəhimzadə 2005-ci ildə 61 saylı Neftçala seçki dairəsindən deputat seçilib. Maraqlıdır ki, uzun müddətdir deputat mandatı gəzdirən A.Rəhimzadə hər seçkilərdə ayrı-ayrı dairələrə üz tutub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi