UEFA Çempionlar liqasının ardınca Avropa liqasında 1/16 final mərhələsinin puşku atılıb. “Trabzonspor”-un rəqibi “Qalatasaray”a məğlub olan “Qoca Senyora” oldu.
1/16 final mərhələsinin cütlükləri:
“Dnepr” (Ukrayna) - “Tottenhem” (İngiltərə)
“Betis” (İspaniya) - “Rubin” (Rusiya)
“Suonsi” (İngiltərə) - "Napoli" (İtaliya)
"Yuventus" (İtaliya) - “Trabzonspor” (Türkiyə)
“Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya)
“Viktoriya” (Çexiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
“Çernomorets” (Ukrayna) - “Lion” (Fransa)
“Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
"Esbyerq” (Danimarka) - “Fiorentina” (İtaliya)
"Ayaks" (Hollandiya) - “Zalsburq” (Avstriya)
"Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə)
"Porto" (Portuqaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya)
“Anji” (Rusiya) - “Genk” (Belçika)
“Dinamo” (Kiyev, Ukrayna) - “Valensiya” (İspaniya)
PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)
"AZ Alkmaar” (Hollandiya) - "Slovan” (Çexiya)
Qeyd edək ki, UEFA Avropa liqasının oyunları 20-27 fevral tarixlərində keçiriləcək. Final oyunu isə mayın 14-də İtaliyanın Torino şəhərində oynanılacaq.
Rafiq Qənbərov