Modern.az

Ermənistanda həmsədrlərlə Qarabağ müzakirələri olub

Ermənistanda həmsədrlərlə Qarabağ müzakirələri olub

Dünya

16 Dekabr 2013, 16:48

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorliklə (ABŞ) görüşüb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, görüşdə Ermənistan və Azərbaycan prezidentlərinin noyabrın 19-da Vyanada, eləcə də xarici işlər nazirlərinin dekabrın 4-də Kiyevdə keçirdikləri görüşlər kontekstində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin müzakirəsi davam etdirilib. Bundan əlavə, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin yeni görüşünün təşkilinin mümkünlüyü də nəzərdən keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı