Modern.az

50 yaşın hesabatı

50 yaşın hesabatı

17 Dekabr 2013, 10:43

 Artıq məndə 50 yaşıma çata bildim. Düzü heç inanmırdım. Gənclik illərimdə 50 yaşın böyük bir zirvə olduğunu düşünürdüm. Hesab edirdim ki, arzuların həyata keçməsi üçün bu qədər illəri yaşamaq kifayət edər. Amma belə deyilmiş. Nə qədər arzu olar. Nə qədər problemlə üzləşmək olar. Arzudan arzu doğduğu kimi, problemdən də problem yaranır...

50 il ərzində haradan gəlib haraya getdim. Tale məni haradan gətirib, haraya atdı. 50 il necə sürətlə keçdi mənim üçün... Ötən 50 ildə sevindiyim kimi, kədərləndiyim hadisələr də az olmadı. İtkilərim qazandıqlarımdan çox oldu bəlkə də...

Torpaq və dost itkisi mənim üçün ən ağrılısıdı. Torpağı çox sevdiyimizdən onu qoruya bilmədik. Nə Ağdamı, nə Şuşanı, nədə bütün Qarabağımızı. İndi torpaq, vətən eşqilə yaşayır, sadəlöhv uşaq kimi hər deyilənə inanırıq...

50 yaşımı doğma Ağdamımda qeyd etmək istəyirdim. Çay evinin birinci mərtəbəsində dost siyahısında qalanlara həngəl qonaqlığı vermək istəyirdim. Özü də sarımsaq qatıqla. Soyuq havada onun ayrı ləzzəti var. Amma qismət olmadı...

Dost siyahısı demişkən. 50 ildə kimlər bu siyahıda qaldı, kimlər çıxdı, kimlərsə “qara siyahı”ya düşdü. Onu ancaq bizi yaradan bilir... Ən çox etibar etdiyim dostların belə xəyanətini bağışlayıram, sanki heç nə olmamış kimi. Ancaq salam versəm belə, üz-üzə gəlmək istəmirəm belələri ilə. Uzaq başı salamlaşıb, hətta üzünə gülümsəyib, ötüşürəm. Neynəmək olar. Həyat hər zaman bizi sınağa çəkir...

Ona sevinirəm ki, hələ də həyatdayam. Ailəmlə, övladlarımlayam. Barmaqla sayıla biləcək dostlarnanam. Nəfəs ala bilirəm. Hərəkət edirəm. İşimdən zövq almaq istəyi hələ də ölməyib. Şükürlər olsun ki, həyat eşqimi də itirməmişəm. Hələ bundan sonra onlarca illərin kürəyini yerə vurub, yaşayacağıma da inanıram. Ona da inanıram ki, 51-də olmasa da, 61- yaşında olmasa da, nə vaxtsa Ağdama qayıdacaq və ad günlərimin birini bu məhz bu şəhərdə yeni tikiləcək Çay evinini birinci mərtəbəsində olan həngəlxanada qeyd edəcəyəm...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi