Modern.az

Nazirin oğlu saxlanılıb - YENİLƏNİB

Nazirin oğlu saxlanılıb - YENİLƏNİB

17 Dekabr 2013, 11:32

 

İstanbul Cümhuriyyət Baş prokurorluğunun başlatdığı əməliyyat zamanı altı ayrı ünvana basqın edildi. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, əməliyyatlara Maliyyə və Mütəşəkkil Şöbə Müdirliyinə bağlı polislər qatılıb. Məlumatda qeyd edilir ki, dövlət tenderlərində sui-istifadə iddiası ilə aralarında tanınmış iş adamlarının da olduğu çox sayda adam nəzarətə alınıb. Onların kimliyi hələ ki açıqlanmır.

Bir müddət əvvəl açıqlanan məlumata görə, saxlanılanlar arasında adı açıqlanmayan nazirlərdən birinin oğlu, tanınmış iş adamı Əli Ağaoğlu ilə məşhur sənətçi Əbru Gündəşin həyat yoldaşı Reza Zarrab da var. nəzarətdə olduğu iddia edilir. İstanbul Respublika Baş prokurorluğunun başlatdığı əməliyyatda altı ayrı Ümumilikdə 22 nəfərin saxlanıldığı bildirilir.  

***

Türkiyə KİV-i bildirir ki, Fateh  bələdiyyə başçısı Mustafa Dəmirin də oğlu nəzarətə alınıb.

Digər məlumata görə, həbs olunanlar arasında daha iki nazir - daxili işlər naziri Müammar Gülərin oğlu Barış Gülər və ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar da var.

Şübhəlilər Haseki Təhsil və Araşdırma Xəstəxanasında sağlamlıq nəzarətindən keçirildikdən sonra İstanbul Təhlükəsizlik Müdirliyinə aparılıb.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir