Modern.az

Kliçko gələn il Ukraynada prezident seçkisi tələb edir

Kliçko gələn il Ukraynada prezident seçkisi tələb edir

17 Dekabr 2013, 13:36


Ukraynanın “UDAR” Partiyasının lideri Vitali Kliçko iddia edir ki, ölkədə yaranmış indiki siyasi böhrandan yeganə çıxış yolu yeni seçkilərdir. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu səbəbdən o, 2014-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir: “Biz bilirik ki, bu gün siyasi böhrandan yeganə çıxış yolu növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsidir”.

Kliçko əmindir ki, vacib hesab etdiyi yeni seçkilər məsələsi həll olunmadıqca, heç bir vacib gündəlik məsələdən danışmağın mənası yoxdur. Xatırladaq ki, Avropa meydanı müxalifətdən prezidentliyə vahid namizəd irəli sürülməsini tələb edir. Amma Kliçkonun fikrincə, müxalifətin hazırda belə namizədi yoxdur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır