Modern.az

Yazıçılar Birliyi 2013-cü ildə bu adamları yad edib – SİYAHI

Yazıçılar Birliyi 2013-cü ildə bu adamları yad edib – SİYAHI

Ədəbi̇yyat

18 Dekabr 2013, 16:19


2013-cü il sona çatmaqdadır. Bu il bir çox sahələrdə olduğu kimi ədəbiyyatda da həm eniş, həm də yoxuşlar oldu. Ədəbiyyatın mərkəzi sayılan Yazıçılar Birliyi də ədəbiyyatın inkişafına təkan verməyə çalışdı. Bunu bəzi məqamda bacardı, bəzi məqamda yox.

Ədəbiyyatı ölməyə qoymayan işlərdən biri də dünyasını dəyişmiş şair və yazıçıların ədəbi qurum tərəfindən yad edilməsi və onu oxuculara yenidən sevdirməkdir.  AYB  artıq yekun vurduğumuz ildə aşağıdakı yazarları yad edib.

Modern. az həmin siyahını sizlərə təqdim edir: 2013-cü ilin fevral ayında nəsrin tanınmış nümayəndələrindən biri Ənvər Məmmədxanlının – 100, şair Əliağa Kürçaylının – 85, tərcüməçi – Səyavuş Sərxanlının 70 illik yubileyləri qeyd olunub. Digər aylarda da yad olunan yazarları diqqətinizə çatdırırıq:

 

Mart ayı: Cabir Novruz (80), Samət Əlizadə (75), Aşıq İslam (120), Aşıq Şəmşir (120), Kələntər Kələntərli (80), Sabir Azəri (75), Qəhrəman Qəhrəmanzadə (100), Rüfət Əhmədzadə (80). 

Aprel: Heydər Hüseynov (105), Salam Qədirzadə (90).

May: Aşıq Mirzə, Aşıq Mehdi (125), Bəkir Çobanzadə (120), Mehdi Məmmədov (95). 

İyun : Mikayıl Müşfiq (105), Nigar Rəfibəyli (100), Qasım Qasımzadə (90), Natiq Səfərov (70).

Avqust : Hidayət Əfəndiyev, (105), Kamal Talıbzadə (90), Şamil Salmanov (80). 

Oktyabr: Məsud Əlioğlu (85), Məmməd Araz (80), Mirəli Seyidov (95), Əhməd Cəmil (100).

Noyabr: Maqsud Şeyxzadə (105), Firudin Hüseynov (80), İmran Qasımov (95).

 

Elmin Nuri  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi