Modern.az

“The New York Times” Gülən-Ərdoğan münaqişəsindən yazdı

“The New York Times” Gülən-Ərdoğan münaqişəsindən yazdı

20 Dekabr 2013, 14:14


Nüfuzlu “The New York Times” qəzeti Türkiyənin gündəminə damğasını vurmuş antikorrupsiya əməliyyatlarına məqalə həsr edib. Modern.az xəbər verir ki, məqalədə hadisələr sufi vaizi, nurçu kəsimin lideri Fətullah Gülənlə baş nazir Ərdoğan arasında qarşıdurma kimi qələmə verilir.

Müəllif yazır ki, hazırda Pensilvaniyada yaşayan F.Gülənin hökumətdə, hüquq-mühafizə orqanları, təhsil sistemi və s. sahələrdə xeyli ardıcılları var. Ziddiyyətlərin mənbəyinə gəlincə məqalədə qeyd olunur ki, əsas narazılıqlar Ərdoğan hökumətinin Yaxın Şərq, xüsusən Suriyada qiyamçıları dəstəkləməsidir.

Türkiyədəki yaxın seçkilər ərzində qalmaqalın böyüməsini qabardan “The New York Times” qeyd eləyir ki, bu proseslər AKP elektoratını  bölə bilər və nəticədə Ərdoğan xeyli seçici səsi itirəcək.

Məqalədə Fətullah Gülən haqda da məlumatlar verilir, onun 1999-cu ildən bəri ABŞ-dakı həyatı, malik olduğu təhsil şəbəkəsi, xəstə olduğundan müsahibələrdən yayındığı qeyd olunur.

Gülən-Ərdoğan münasibətlərinə aydınlıq gətirən qəzet, baş nazirin hələ İstanbul valisi olduğu dövrdən sufi vaizlə tanış olduğunu yazır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır