Modern.az

Saakaşvili Amerikada özünə iş tapdı

Saakaşvili Amerikada özünə iş tapdı

Dünya

21 Dekabr 2013, 14:44

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ-da Fletçer adına hüquq və diplomatiya məktəbinə işə düzəlib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, keçmiş prezident burada Avropa dövlətçiliyi mövzusunda mühazirələr oxuyacaq. Saakaşvilinin işinin müqabilində nə qədər əmək haqqı alacağı açıqlanmır. Məktəbin saytında verilən məlumata görə, Saakaşvili öz ölkəsinin tarixini dəyişdirən və onu Qərb yönümlü edən təcrübəli siyasətçi sayılır.

Fletçer adına hüquq və diplomatiya məktəbi Taftsa Universitetinin bir hissəsi hesab olunur. Məktəb 1933-cü ildə yaradılıb.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir