Modern.az

61 yaşı tamam olan Adil Mirseyid: “Deməyə heç bir sözüm yoxdu”

61 yaşı tamam olan Adil Mirseyid: “Deməyə heç bir sözüm yoxdu”

21 Dekabr 2013, 15:04



Bu gün Azərbaycanın tanınmış şair və rəssamı Adil Mirseyidin 61 yaşı tamam olur. Həm rəssamlıq, həm də poeziyada orijinal üslubu ilə sevilən Adil Mirseyid hələ ki səhhəti üzündən yaradıcılığında fasilə edib. Son zamanlar media da Adil Mirseyidi yalnız pozulmuş səhhəti ilə əlaqədar yad edir.
Modern.az saytı şairi təbrik edərək həm səhhəti həm də gördüyü işlərlə bağlı maraqlanıb. Səhhətinin əvvəlki günlərə nisbətən yaxşı olduğunu bildirən Adil Mirseyid nikbin danışıb: “Şükür Allaha bir az yaxşıyam. Təbrikə görə də hamınıza təşəkkür edirəm. Hələ ki, heç bir işlə məşğul olmuram. Onda görə də heç bir sözüm yoxdu”.
 Qara ciyər serrozundan əziyyət çəkən Adil Mirseyidə can sağlığı arzulayıb, şairlə sağollaşdıq.

Elmin Nuri 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər