Modern.az

"Təbiət mənəm"

"Təbiət mənəm"

12 May 2010, 19:34

“Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatı  N.Nərimanov adına kütləvi kitabxana, anayam.az informasiya portalı və Dövlət Neft Şirkəti Ekologiya İdarəsi ilə birlikdə “Təbiət mənəm” adlı layihə həyata keçirir. Layihə “2010-cu Ekologiya ili” tədbirləri çərçivəsində gerçəkləşdirilir.

“Təbiət mənəm” layihəsi  orta  məktəblərdə silsilə olaraq ekoloji seminarlar, rəsm müsabiqələri keçirilməsini nəzərdə tutur. Məqsəd məktəblilərin ətraf mühit və onun qorunması ilə bağlı biliklərinin artırılması, istedadlı uşaqları axtarıb onlara dəstək olmaq və onları ictimaiyyətə təqdim etməkddir.

         İlk seminar Bakıdakı 162 nömrəli məktəbdə həyata keçirilib. Seminarda əsasən yuxarı sinif şagirdləri olmaqla  200-ə yaxın məktəbli iştirak edib. Seminarı Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin mütəxəsisi Ramil Rüstəmov keçirib. Sonda məktəblilərə ətraf mühitin qorunmasının əhəmiyyətini göstərən film nümayiş olunub. Məktəbin direktoru,  fizika-riyyaziyyat elmləri namizədi Ələkbər Əliyev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib.

Mayın   28-də isə,  layihəyə təqdim edilən rəsmlər   Badamdar  qəsəbəsindəki  Heydər Əliyev parkında keçiriləcək sərgidə nümayiş etdiriləcək.  Həmin gün kitab sərgisinin  keçirilməsi də nəzərdə tutulub.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu