Modern.az

“Təbiəti sevənlər”dən tanıdığımız 82 yaşlı Qara Mustafayev: “İşimdən qalmıram”

“Təbiəti sevənlər”dən tanıdığımız 82 yaşlı Qara Mustafayev: “İşimdən qalmıram”

25 Dekabr 2013, 13:25

Bu gün Azərbaycanın tanınan alimlərindən olan professor Qara Mustafayevin 82 yaşı tamam olur.  Uzun müddət tamaşaçıların çox sevdiyi “Təbiəti sevənlər” proqramının müəllifi və aparıcısı olmuş alim bu gün də elmi fəaliyyətindən geri qalmır.

Modern.az saytı qocaman alimlə əlaqə saxlayıb. Təbrikə  görə təşəkkürünü bildirən Qara Mustafayev günü bu gün də işindən qalmadığını vurğulayıb: “Təbrikə görə çox sağ olun. Hamınızı bağrıma basıram. Əlbəttə, bu gün də işlə məşğulam. Bu gün də işləyirəm. Hər gün səhər saat 10-dan günorta 2-yə kimi işdə oluram. Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışıram”. Qeyd edək ki, alim 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə isə elmlər doktoru alimlik dərəcələrini və sonra professor elmi adını alıb.
1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır. 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya " kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə, 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət” ordeninə layiq görülüb.   

Elmin Nuri  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!