Modern.az

"Burda kişi var?!" - Azad Qaradərəli

"Burda kişi var?!" - Azad Qaradərəli

27 Dekabr 2013, 11:34


Dekabrın 30-da yazıçı Azad Qaradərəlinin “Zero Kitab Evi”ndə imza günü keçiriləcək.
İmza günündə müəllifin "Cib kitabı" seriyasından işıq üzü görən "Burda kişi var?!" adlı hekayələr kitabı oxuculara təqdim olunacaq.

“Özüm hekayələrimdən ibarət olan bu kitabı buraxmaq istəyirdim. Sonra Zahir Əzəmət təklif etdi ki, kitab “Zero“ nəşriyyatını “Cib kitabı “ seriyasından buraxılsın. Biz də razılaşdıq”.

Bunu Modern. az-a açıqlamasında Azad Qaradərəli deyib. “Cib kitabı”nda əsasən alçaldılmış insan talelərindən, məcburi köçkün olan insanlardan, Cənubi Azərbaycan həyatından ibarət hekayələr yer alıb. Bundan əlavə iyirmiyə yaxın qısa hekayələr də var”. 

Elmin Nuri  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi