Modern.az

Gənclər təbii fəlakətdən əziyyət çəkənlərə yardım edirlər

Gənclər təbii fəlakətdən əziyyət çəkənlərə yardım edirlər

13 May 2010, 15:54

Sabirabad rayonunda baş vermiş təbii fəlakətlə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi də gənclər arasında yardım aksiyalarının keçirilməsinə start verib.

Mərkəzədn Modern.az-a verilən məlumata görə, 3 gün ərzində 200-dən artıq gənc üçün müxtəlif geyim və ərzaq toplanıb. Toplanmış yardımlar bu gün Mərkəz əməkdaşları tərəfindən Şirvan şəhərində təbii fəlakətdən əziyyət çəkən insanlar üçün qurulmuş çadırlardakı gənclərə aparılıb.

Mərkəzin icraçı direktoru Elnur Axundov bildirib ki, “baş vermiş təbii fəlakətlə əlaqədar olaraq yardımların intensiv olaraq edilməsini təmin edəcəyik. Bunun üçün gənclərə müraciətlərin edilməsini və edilən hər bir yardımın birbaşa Şirvan şəhərinə yönəldilməsi işini davam etdiririk”.

E.Axundov edilən yardımların böyük bir vəsait hesabına başa gəlmədiyini vurğulayaraq, hər bir gəncin təbii fəlakətdən əziyyət çəkən insanlara kömək etməsini xahiş edib və həmin ərazidəki insanların daha çox mənəvi dəstəyə ehtiyacı olduğunu bildirib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi