Modern.az

Millət vəkili xəstə şairi ziyarət edib - FOTO

Millət vəkili xəstə şairi ziyarət edib - FOTO

Ədəbi̇yyat

28 Dekabr 2013, 13:35

Mllət vəkili Qənirə Paşayeva ötən gün axşam xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubu ziyarət edib. Bu barədə deputat özü məlumat verib. Xalq şairi Zəlimxan Yaqub Həzrəti Məhəmməd Peyğəmbərə həsr etdiyi "Peyğəmbər" əsərini öz imzası ilə millət vəkili Qənirə Paşayevaya hədiyyə edib, Qənirə Paşayeva isə özünün müəllifi olduğu "O" kitabını şairə təqdim edib.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb. 
 
Sonradan ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb. Hətta bu ilin payızına təyin olunan transplantasiya əməliyyatı da bəzi səbəblərdən ertələndi. Bu dəfə də şair həkim müayinəsindən keçməyə gedib. Zəlimxan Yaqub Bakıda mütəmadi olaraq dializ müalicəsi alır.




Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir