Modern.az

“Tanınmış cütlüklər” - Məşhur futbolçu və şahmatçı necə yola gedirlər?..

“Tanınmış cütlüklər” - Məşhur futbolçu və şahmatçı necə yola gedirlər?..

28 Dekabr 2013, 16:39


Modern.az
saytı ictimai, siyasi, ədəbi, mədəni və idman sahələrindəki “Tanınmış cütlüklər”lə bağlı rubrikasını davam etdirir.  

Budəfəki cütlük Azərbaycanda kifayət qədər məşhur simalardı. Onların hər ikisi həm də medianın diqqət verdiyi fiqurlardı. Söhbət  futbol üzrə Azərbaycan milli komandamızın sabiq kapitanı, veteren futbolçu, “Karvan”, “Xəzər Lənkəran” klublarının keçmiş baş məşqçisi Yunis Hüseynovla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofuyevadan gedir.

1965-ci il doğumlu Yunis Hüseynov Gəncə şəhərində anadan olub. O, futbolçu karyerasına da elə Gəncədə - “Kəpəz” klubunda başlayıb. Daha sonra, 1984-cü ildən Bakının “Neftçi” klubunda oynamağa başlayıb. O zaman “Neftçi” keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. Y.Hüseynov iki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
1992-93-cü illərdə karyerasını İranda davam etdirən Hüseynov sonra yenidən “Neftçi”yə qayıdıb.

O, 1993-1998-ci illərdə Azərbaycan milli komandasında çıxış edib. 2001-ci ildə Yunis Hüseynov böyük futbolda karyerasını başa vururb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. 2004-2005-ci illərdə Yevlaxın “Karvan” klubunun baş məşqçisi olub. Məhz onun rəhbərliyi altında “Karvan” milli çempionatda bürünc medal qazanıb.
Y.Hüseynov 2012-ci ildə “Xəzər-Lənkəran” klubunun baş məşqçisi işləyib.

Əslən Qax rayonundan olan Aynur Sofiyevanın hazırda harda çalışdığı belə deyək, çoxlarına məlumdur. Keçmiş şahmatçı, eks-deputat hazırda məmurdu – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır. BDU-nun Jurnalistika və Hüquq fakültələrini bitirmiş xanım Sofiyeva 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Keçmiş SSRİ və Azərbaycan çempionu, beynəlxalq qrossmeyster A.Sofiyeva 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti də olub.
Məmur işi Aynur Sofiyevanın şahmatla məşğul olmağını məhdudlaşdırdığından o, bu sahədən uzaqlaşıb.
Yunis Hüseynov və Aynur Sofiyevanın 2 övladı var.

Y.Hüseynov deyir ki, həyat yoldaşı Aynur Sofiiyeva da yeri gələndə futbola baxır. “O, mən işlədiyim komandaya azarkeşlik edir”-deyə Y.Hüseynov Modern.az-a müsahibəsində bildirib.
Amma Aynur Sofiyeva ciddi azarkeş deyil. “Onun o qədər işi var ki, futbola azarkeşlik eləməyə vaxtı yoxdur”-deyə Yunis Hüseynov həyat yoldaşı haqda danışarkən qeyd edib.

Modern.az

***

Həmçinin oxu:

“Tanınmış cütlüklər” - Arif Alışanov və Mehriban Alışanova - Yeni RUBRİKA
//modern.az/articles/48620/1/

“Tanınmış cütlüklər” - Vitse-prezidentin vitse-prezident xanımı - Çingiz və Rəfiqə Hüseynzadələr
//modern.az/articles/49021/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi