Modern.az

“Hesabat verməyə hazıram”

“Hesabat verməyə hazıram”

14 May 2010, 12:07

Son günlər azad mətbuata özünü bu ad altında sığortalayan bir qrup insan tərəfindən basqılar var. Onların böyük əksəriyyəti QHT təmsilçiləridir. Amma təbii ki, aralarında bizdən olub bizlə olmayanlar da var. Onlar İşçi Qrupu adı altında toplaşaraq milli donorların fəaliyyətini hədəf seçiblər. İstər KİV-ə Dövlət Dəstəyi Fondu, istərsə də QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinə gölgə salacaq bəyanatları isə sadəcə gülüş doğurur. Çünki, hər iki qurum – biri ölkədə mətbuatın inkişafına, digəri isə vətəndaş cəmiyyətinin formalaşmasına xidmət göstərir. 

AZADİNFORM İnformasiya Agentliyi timsalında tam əminliklə deyə bilərəm ki, biz Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsini uğurla başa çatdırdıq. Əlbəttə, görülən bu kimi işlərə hansısa İşçi Qrupu tərəfindən gölgə salınması ilə razılaşa bilmərik. Təkrar edirəm, onlar heç bir araşdırma aparmadan AZADİNFORM-un adının hallandırılmasında böyük səhfə yol veriblər. Biz isə onların səviyyəsinə enmək istəmirik. Onlar kimdir ki? Baxmayaraq ki, araşdırma aparmaları üçün İşçi Qrupa müraciət etdim, onlardan isə xəbər çıxmadı.

Qısa olaraq onu deyə bilərəm ki, dörd aylıq ( 2009, sentyabr-dekabr) layihə çərçivəsində respublikanın 7 rayonunda fəaliyyət göstərən qəzetlərdə görüşlər və təlimlər keçirmişik. Hər bir rayonda keçirilən görüşdə İcra Hakimiyyətləri, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri, təlimlərdə isə redaksiyaların əməkdaşları iştirak edib.

Layihə çərçivəsində Yardımlıda “Zirvə”, Masallıda “Cənub xəbərləri”, “Yeni həyat”, Biləsuvarda “Məhsul”, “Region press”, Lənkəranda “Lənkəran”, Lerikdə “Lerik”, Cəlilabadda isə “Yeni gün” qəzetlərinin monitorinqini aparılıb. Monitorinq zamanı sözügedən qəzetlərdə Dövlət Proqramının icra vəziyyətinin işıqlandırılması və nəşrlərin dövrlüyü nəzərdən keçirilib. Sözügedən qəzetlərdə Dövlət Proqramının icra vəziyyətinin işıqlandırılması, nəşrlərin dövrlüyü, əməkdaşları, texniki avadanlıqların səviyyəsi nəzərdən keçirilib. Layihə çərçivəsində çap olunan bukletlər və digər təlim vəsaitləri yerli jurnalistlər arasında paylanılıb. Çap olunan bukletlər həmçinin regionların sosial-iqtisadi inkişafına cəlb olunmuş müvafiq dövlət qurumlarına, onların yerli təşkilatlarına paylanıb, bununla da istənilən təşkilatın region mətbuatı haqqında məlumat əldə etmə çətinliyinin aradan qalxmasına səy göstərilib.

Layihə çərçivəsində www.azadinform.az internet saytında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi adlı rubrika yaradılmışdı, burada regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı, digər dövlət sənədləri, layihə ilə bağlı məqalələr, informasiyalar yerləşdirilmişdi.

Onu da qeyd edim ki, rayonlarda keçirilən görüşlərdə əyalət mətbuatının kifayət qədər problemlərinin olduğu aydınlaşıb. Gənclərin əyalət mətbuatında işləməyə maraqlarının olmadığı müşahidə edilib. Bununla yanaşı, əyalət mətbuatında çalışanlar keçirilən bu kimi tədbirlərdən həvəsləndiklərini bildiriblər. Görüşlərdən sonra aparılan qiymətləndirmə zamanı tədbir iştirakçıları Fondun fəaliyyəti və həyata keçirilən layihənin müsbət əhəmiyyətini vurğulayıblar. 

Təlimlərdə iştirak edən əyalət mətbuatı nümayəndələrinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin mahiyyəti, əsas istiqamətləri, icra mexanizmləri, o cümlədən Dövlət Proqramının məqsəd və vəzifələri, mərhələləri, hazırkı icra vəziyyəti ilə bağlı biliklərinin artırıldığını söyləyiblər.

Layihənin icrası ilə bağlı AZADİNFORM-da 100-dən çox, “Kaspi”, “Paritet”, “Palitra” qəzetlərində, “Səs” İnformasiya Agentliyi və “Kəlam” jurnalının internet saytında isə ümumilikdə 50-dən çox  məqalə işıq üzü görüb. 

Əgər bütün bunları hər hansı bir İşçi Qrupunun üzvləri görmürsə, deməli, onların görmə orqanlarında problem var.

Əlbəttə, AZADİNFORM-un layihə rəhbəri olaraq hesabat verməyə hazıram. Bunu lap başdan söyləmişəm. Amma bir şərtlə ki, İşçi Qrupu üzr istəyəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir