Modern.az

Səfir partlayışda ölüb

Səfir partlayışda ölüb

2 Yanvar 2014, 18:30

Fələstinin Çexiyadakı səfiri Camal Məhəmməd Camalın Praqadakı iqamətgahında baş vermiş partlayış nəticəsində aldığı yaralar onun ölümünə səbəb olub. Partlayışın səbəbi barədə hələlik rəsmi açıqlama verilməsə də, Praqa polisi baş verən hadisənin terror aktı olmadığını bildirib.
İnterfaks agentliyinin məlumatına görə, Qərb KİV-lərinin irəli sürdüyü versiyalardan birinə görə, diplomat mənzilindəki seyfin qapısını açdığı zaman siqnalizasiya işə düşüb və partlayış baş verib. Ağır yaralanmış səfir dərhal xəstəxanaya çatdırılıb və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Camal Məhəmməd Camal səfir postuna 2013-cü ilin oktyabrında təyin edilmişdi.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir