Modern.az

Koreya lideri dayısını itlərə yedizdirib

Koreya lideri dayısını itlərə yedizdirib

3 Yanvar 2014, 20:02

Çinin dövlət qəzeti “Wen Wei Po” Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın dayısının edam edilməsi ilə bağlı ətraflı məlumat dərc edib. Modern.az saytınınxarici KİV-ə istinadən verdiyi məlumata görə, çinli jurnalistlər Koreya liderinin dayısı Çan Son Txekanı diri-diri itlərə yedizdirdiyini iddia edirlər. “Wen Wei Po”nun məlumatına görə, Şimali Koreya liderinin dayısı və daha 5 nəfət təqsirkarı soyunduraraq üç gün heç nə ilə qidalanmayan 120 itə yedizdiriliblər. Qəzet iddia edir ki, edam prosesi yüzlərlə şimali koreyalı məmurun gözü qarşısında bir saata yaxın davam edib. Amma bu məlumatı hələ ki nə KXDR tərəfi, nə də müstəqil mənbələr rəsmən təsdiqləyiblər. Bəzi nəşrlər istisna etmir ki, bu məlumatın çapında Pxenyanın yeni kursundan məmnun qalmayan rəsmi Pekin dayanır.

Bundan əvvəl yayılan məlumatlarda Çan Son Txekanın və onun məsləkdaşlarının ötən il dekabrın 12-də Dövlət Təhlükəsizlik Nazirliyinin Pxenyandakı binasında güllələndiyi bildirilirdi. Hətta bəzi mənbələr iddia edirdi ki, Əmək Partiyasının yüksək vəzifəli bir neçə məmurunun iştirak etdiyi edam prosesində pulemyotdan istifadə olunub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir