Modern.az

Jurnalistlər üçün İnformasiya Mübadilə Şəbəkəsi yaradılıb

Jurnalistlər üçün İnformasiya Mübadilə Şəbəkəsi yaradılıb

14 May 2010, 14:10

Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi nəzdində Jurnalistlərin İnformasiya Mübadilə Şəbəkəsi” fəaliyyətə başlayıb. Şəbəkə Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi Fondunun maliyyə dəstəyi verdiyi “Jurnalistlərin İnformasiya –Mübadilə Şəbəkəsi” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.

Layihənin koordinatoru, Media Resurs Mərkəzinin rəhbəri Xaqani İbadov Azərbaycan Jurnalistlər Birliyinin yeni layihəsi barədə məlumat verərək qeyd edib ki, İnformasiya-Mübadilə Şəbəkəsinin yaradılması Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər ücün faydalı olacaq.

“Layihənin əsas məqsədlərindən biri bölgədə baş verən hadisələrin, proseslərin işıqlandırılması üçün birgə informasiya mübadilə şəbəkəsinin qurulmasına nail olmaqdır. Mübadilə şəbəkəsinə qoşulan yerli jurnalistlər regional, ölkə əhəmiyyətli məlumatların əldə edilməsi və mübadiləsi üçün vacib meydan əldə edəcəklər.  İnformasiya Mübadilə Şəbəkəsində cəmləşən jurnalistlər bolgənin aparıcı ictimai kəsimi, icra strukturları ilə birgə işləyərək bütün aktual məsələlər barədə fikir mabadiləsinin aparılmasına nail olacaqlar. Bununla da  vacib xəbər mənbələri ilə birgə əməkdaşlıq jurnalist yazılarının keyfiyyətinin artrılmasına öz töhfəsini verəcək”. 

Şəbəkə həmçinin yerli  kütləvi informasiya vasitələrinin, media qurumlarında çalışan yerli  jurnalistlərin vahid kommunikasiya şəbəkəsində birləşdirilməsini, onların fəaliyyətinin əlaqələndirilməsi və Azərbaycanın milli maraqlarına xidmət edən vəzifələrin həyata keçirilməsi istiqamətində yönləndirilməsini nəzərdə tutur. Layihənin məqsədlərindən biri regional KİV-lərin və jurnalistlərin informasiya əldə etmək imkanlarını üzə çıxarmaq, və bu istiqamətdə yerli qəzetlərin nufuzunun artırılmasına kömək etməkdir. Şəbəkədə cəmləşən jurnalistlər bölgədə baş verən hadisələrlə bağlı informasiya mübadiləsi aparmaqla bölgədə ciddi problem olan məlumat əldə etmək problemini bir sıra hallarda həll edə bilərlər. 

Layihə çərcivəsində  regionda işləyən jurnalistlərin peşəkarlığının artırılmasına, hüquqı məlumatlandırmasina xidmət edəcək  treninqlər  Dəyirmi Masalar və digər tədbirlər keciriləcəyi də planlaşdırılır. Bu həmcinin digər regionlarda KİV-də işləyən jurnalistlərlə  informasiya mübadiləsinə kömək edəcək.

Layihə çərçivəsində yaradılmış  “teleqraf.com” informasiya mübadilə portalı yerli jurnalist şəbəkəsinin formalaşmasına və  regional jurnalist əməkdaşlığı üçün baza rolunu oynayacaq. İnformasiya portalı  bölgənin gündəlik həyatı haqqında xəbərlər, intervyülər, şərhlər, regionaların sosial-iqtisadi vəziyyəti barədə materiallar, aparılan islahatlar barədə ekspert rəyləri, reportajlar hazırlayacaq.

Yaradılacaq yeni informasiya portalı regional jurnalistlərin məlumatlarından bəhrələnəcək.

  

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir