Modern.az

Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsinə başladı

Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsinə başladı

7 Yanvar 2014, 13:52


Yazıçılar Birliyinin  yeni yaranan “ayb.az” saytı ilk müsabiqəsinə start verib. “Ən qısa şeir” adlı müsabiqə 2-31 yanvar arası tarixdə davam edəcək. Elektron mediada ədəbiyyatla bağlı “ən qısa hekayə” dən sonra ikinci müsabiqə olacaq “Bir bənd şeir” yarışması ilə bağlı Modern.a-a açıqlamasında Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri və müsabiqənin təşkilatçısı Xəyal Rza bildirib ki, ayrı-ayrı saytlarda zaman-zaman şeir müsabiqəsi keçirilib.
“Biz də fikirləşdik ki, “Bir bəndlik şeir” müsabiqəsi olsa daha yaxşı olar. Bir bəndin özündə də çox şey çatdırmaq olar. Müsabiqəmiz tutarlı da oldu. Həmçinin  saytımızın göstəriciləri də çox ükəraçandır. Cəmi on gündür yaranmasına baxmayaraq artıq bir neçə ədəbi portalları  oxunma sayına görə qabaqlayıb”.

  Elmin Nuri  
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?