Modern.az

Tut ağacı

Tut ağacı

8 Yanvar 2014, 14:41

Həyətə girəndə palıd çəlləyinin qoxusu  ətrafa yayılmışdı. Tutun çəkilmək vaxt idi. Hər gün davam edən Qrad atəşləri məhsulu çəkməyə imkan vermirdi. Əliş kişi 40 il əvvəl əkdiyi tut ağaclarına sanki öz övladı kimi baxırdı. Axşamlar tək tənha  kölgəsində oturanda şah tutla danışar,  söhbətləşərdi. Şah tutla yanaşı, həyətində bedana tutda əkmişdi. Bedananın qol-budağı sivri çıxdığından onu üzərinə çıxıb çırpmaq olmurdu. Amma onun da öz dadı var idi. Hər halda şah tuta çatammazdı...

Əliş kişi dəzgahını quraşdırıb, xəmirlə ətrafına bağlayıb, mis qazanın altını qaladı. Bankaları təndirxanaya yığmışdı. Dolduqca onlitrlik şüşə bankaya yığacaqdı...

Gün günortanı keçirdi. Əliş kişi işinin ən məsuliyyətli məqamına çatırdı. Ağlına gətirməzdi ki, işi belə yağ kimi gedər. Üç kiloluğu möhkəm-möhkəm  silib lüləyin altında qoydu. Hələki  üstünə nə pambıq, nədəki kömür qoymuşdu.  Hər dəfə ilk iki yüz qramını atırdı. Deyirdi bu məhsulun ən zəhərli hissəsidi...

Nəhayət çox həvəslə bankanın başın bağlaylıb,  gözlədi...

Çox keçmədi ki, məhsulu damcıynan gəlməyə başladı. Elə bil bulaq suyu idi. Bankada heç hiss edilmirdi. Göz yaşı kimi şəffaf idi...

İşini yekunlaşdırıb  dincəlmək istədi ki,  Xanabad kəndi tərəfdən atılan “Qrad”  atəşi sakitliyi pozdu. Əliş kişini qulağı belə səslərə öyrəşmişdi...

Bundan sonra Qrad səsini daha eşitməyəcəyini hələ bilmirdi. Bilmirdi ki, ermənilər qulağının dibinə kimi gəlib çatıblar. Kənddə ondan başqa bir kimsə qalmamışdı.  Heç nəyə fikir verməyən Əliş kişi öz işindəydi. Məhsuldan yüz əlli vurub zirzəmisində yıxılıb yatdı...

Məktəbdə beşinci saat dərsin zəngi çalındı. Əliş müəllim  sinfə girib uşaqlarnan salamlaşıb, lövhəyə yaxınlaşdı. Sinfə axirinci  keçən Rafiqdən dədəsini soruşdu: -Ayə, dədən görünmür, haralardadı, birdən ova gedər, mənə deməz haaa...

-Yox ay müəllim xəstədi, qrip olub. Evdən çolə çıxmır.

 Əliş müəllim,- eybi yox, gedib  sulu dərmanla sağaldarıq,- dedi ...

Lövhəyə yarpaq şəkli çəkib,  rəsm dəftərlərinizə çəkin, məndə gəlirəm, -dedi.

Uşaqlar Əliş müəllimi yaxşı tanıyırdılar. Bilirdilər ki, qonşusu Binnət müəllimlə nərd oynamağa gedir. Həmişə aralarında qırğın oyun gedərdi. Bu dəfə nəyin bahasına olursa olsun udmalıydı.. Oyuna başalayn kimi Fridə xalanın çayniki isə stolun üstündə olardı...

Gərgin oyun   başladı. Əliş müəllimin vəziyyəti  elə ilk zərdən yaxşıya doğrü getmirdi. Necənci dəfə idi ki, atdığı şeş qoşa işə yaramadı. Əksinə marsa qalası oldu...

- Bu zəhrimarın verdiyinə bir bax,- deyib daşı var gücü ilə yerinə çırpdı. Binnət müəllimin üzü gülürdü...

Uşaqlar isə pəncərədən sakitcə baxıb indi nəyinsə baş verəcəyini gözləyirdlər.

Daşın zərbəsində stəkan titrədi və isti qaynar çay Əliş müəlimin  üstünə töküldü...

Elə bu an  hövlənək yuxudan ayıldı. Həyətdə yad səslər gəlirdi. Qışqırıb,- ayə kimsən, demək istədi ki, Əliş kişinin səsi tutuldu. Həyətdəkilər ermənicə danışırdılar. Bir anlıq özünü itirdi. Nə edəcəyini bilmirdi. Evinin zirzəmisində saldığı  yerdən qalxıb, dinşədi ki, görsün nəyisə başa düşə biləcəkmi...

Deyəsən arağı işə yaramışdı. Kəndə hücum edən ermənilərı həyətdə çəkilmiş arağın iyi  məst etmişdi.  Keflənmişdilər...

Bir təhər qapını açıb çölə çıxdı. Alaqaranlıqda saydı ki, dörd nəfərdilər. İkisi artıq yuxuya getmişdi. İkisi isə ayağa belə qalxa bilmirdi. Nə isə ermənicə zümzümə edirdi...

Öldürmək istədi. Qoşa lüləsi əlindəydi. Amma istəmədi...

Beləcə şəlliyin  içiylə, Daş təpənin yanından, Qiyaslı kəndinin altıyla Uzun dərəyə tərəf qaçdı...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır