Modern.az

Dünyada bir milyard siqaret çəkən var

Dünyada bir milyard siqaret çəkən var

Dünya

8 Yanvar 2014, 15:31

Dünyanın bir sıra ərazisində siqaret çəkmək daha az populyar olsa da, statistikaya görə siqaretdən istifadə edənlərin sayı artır.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Vaşinqton Universitetinin Sağlamlığın göstəricisi və dəyərləndirilməsi İnstitutunun araşdırmaçılarının məlumatına görə, 2012-ci ildə 187 ölkədə yaşayan hər  967 milyon adam hər gün siqaret çəkib. 1980-ci ildə isə dünyada 721 milyon siqaret çəkən olub. Alimlərin fikrincə, siqaret çəkənlərin sayının artması son 50 ildə Yer kürəsinin əhalisinin sayının çoxalması ilə bağlıdır. Araşdırmanın nəticələri göstərir ki, bir sıra böyük ölkələrdə, o cümlədən Banqladeş, Çin və Rusiyada son illər adamlar daha çox siqaret çəkirlər. Siqaret çəkmək isə ən çox inkişaf etmiş ölkələrdə yayılıb.

Alimlər müəyyən ediblər ki, dünyada hər gün 10 kişidən 3-ü (31 faiz) və 20 qadından biri (6 faiz) siqaret çəkir. Tütün məmulatların istifadənin yayılmasına görə lider ölkə Şərqi Timurdur, burada hər gün əhalinin 61 faizi siqaret çəkir. İkinci yerdə İndoneziya, sonra Kiribati gəlir. Bu “qara siyahı”da dördüncü Ermənistandır, ardınca Papua-Yeni Qvineya gəlir. Daha az siqaret istifadəçiləri isə Antiqua və Barbuda adalarındadır (5 faiz), sonra San-Tome, Prinsipi, Nigeriya, Efiopiya və Qana gəlir.

Tütün məmulatlarından istifadənin sağlamlığa ən çox ziyan vurduğu ölkələr Yunanıstan, İrlandiya, İtaliya və Yaponiya, eləcə də Çin, Küveyt, Filippin, Rusiya, İsveçrə və Uruqvaydır.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir