Modern.az

Millət vəkili cəbhə xəttindəki kənddə olub

Millət vəkili cəbhə xəttindəki kənddə olub

15 May 2010, 12:16

Milli Məclisin üzvü Aynur Quliyeva Tərtər rayonunun cəbhə xəttində yerləşən Qapanlı kəndində olub və orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə keçirilən “Ekologiyaya dəstək” layihəsi çərçivəsində ağaclara qulluq kampaniyasında iştirak edib. Bu barədə Modern.az-a millət vəkilinin özü məlumat verib. O, bildirib ki, Qapanlı kəndinə mütəmadi baş çəkir: “Qapanlı kəndi ön cəbhəyə ən yaxın məsafədə yerləşməsinə baxmayaraq, kənd əhalisi ən gərgin vaxtlarda belə buranı tərk etməyib. Bu, mənim fikrimcə bir fədakarlıq nümunəsi olmaqla yanaşı,  həm də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi deməkdir. Məhz burada əkinçi öz əkin-bicini, maldar öz mal-qarası, bir sözlə kəndlini öz gündəlik məişət qayğıları ilə məşğul görmək adamın ürəyini riqqətə gətirir. Maraqlıdır ki, nə atəşkəsin vaxtaşırı pozulması, nə düşmən əsgərlərinin yaxınlıqda olması, nə də məktəb binasının qəzalı vəziyyəti bir gün də olsa burada dərsləri dayandırmayıb. Uşaqlar hər gün məktəbə gəlib-gedir. Hər il bu orta məktəbin məzunları repetitor köməyi olmadan ali məktəblərə qəbul olunurlar. Yəqin ki, Azərbaycanda divarları, qapı-pəncərəsi güllə ilə dəlik-deşik edilən, amma həm də belə yüksək göstəricilərə malik olan ikinci bir əyalət məktəbini təsəvvür etmək çətin olar. Amma Tərtərin Qapanlı kəndində bu adi bir reallıqdır”.  A.Quliyeva daha sonra əlavə edib ki, Qapanlı kəndinin şagird və müəllimləri hər həftə sonu “Ekologiyaya dəstək” kompaniyası keçirir: “Müəllim və şagirdlərin öz əlləri ilə əkib becərdikləri ağaclar, gül kolları suvarılır, dibləri bellənir”. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir