Modern.az

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının yeni koordinatoru seçilib

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının yeni koordinatoru seçilib

15 May 2010, 12:31

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) yeni Şurasının ilk toplantısı keçirilib. VCDK-nın ofisində keçirilən iclasa Şura üzvləri tam tərkibdə qatılıblar.

Modern.az xəbər verir ki, iclasda gündəlikdə duran birinci məsələ kimi VCDK-nın Şura əlaqələndiricisinin seçilməsi məsələsi ətrafında geniş müzakirə aparılıb. Şura üzvləri əlaqələndirici vəzifəsinə Razi Nurullayevin uğurlu namizəd olduğunu qeyd edərək, onun bu vaxta qədərki fəaliyyətini müsbət qiymətləndiriblər. Müzakirələrdən sonra R.Nurullayevin namizədliyi alternativsiz səsə qoyulub. Açıq səsəvermə nəticəsində R.Nurullayev yekdilliklə VCDK Şurasınn əlaqələndiricisi seçilib.

İclasda Ümumi Yığıncağın nəticələri barədə də müzakirə aparılıb. Şura üzvləri tədbirin təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib, ümumən prosesin uğurlu alındığını qeyd ediblər.

Şura üzvləri VCDK-nın bundan sonrakı fəaliyyəti, həyata keçirəcəyi tədbirlər, gələcək perspektivlər, eləcə də donorlarla aparılacaq iş barədə də fikir mübadiləsi aparıblar.  

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir