Modern.az

İran prezidenti erməni xəstəxanasına 1 milyard tümən bağışladı

İran prezidenti erməni xəstəxanasına 1 milyard tümən bağışladı

Dünya

9 Yanvar 2014, 16:27


İran prezidenti Həsən Ruhaninin xüsusi köməkçisi Hüseyn Firudin bu ölkənin  səhiyyə naziri ilə ermənilərə məxsus “Avetisyan” xəstəxanasını ziyarət edib. Modern.az xəbər verir ki,  Yeni il bayramı münasibəti ilə gerçəkləşən ziyarətdə çıxış edən H.Firudin bildirib ki, H. Ruhani bu xəstəxanaya 1 milyard tümən bağışlayıb. İranda qeyri-müsəlman əhalinin yaşamasına diqqət çəkən prezident köməkçisi qeyd edib ki, dini azlıqlar kəlməsi qəbul edilən deyil.
“İran bu gün dünya üçün bir nümunədir. Müsəlman olmayan əhaliyə qeyri-müsəlman İranlı deyilməlidir”.

  Aqşin Kərimov  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır