Modern.az

İcra başçısnın yeni müavininə 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib

İcra başçısnın yeni müavininə 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib

Təhsil

9 Yanvar 2014, 18:15

“152 saylı orta məktəbin keçmiş direktoru Gülarə Verdiyevanın Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinatı ötən ay, dekabrın əvvələrində gerçəkləşib”.
Bunu Modern.az saytına Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsindən bildiriblər. Həmçinin qeyd edilib ki, Gülarə Verdiyevaya 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib.

Modern.az saytının əməkdaşı Gülarə Verdiyevanın özünün təəssüratlarını öyrənmək istəsədə, onun icra başçısı Nəsib Məmmədəliyevin yanında keçirilən iclasa qatılığı söylənilib.  

Qeyd edək ki, Gülarə Verdiyeva 2010-cu ilin 7 noyabrında keçirilmiş parlament seçkilərində 21 saylı Nəsimi birinci seçki dairəsindən YAP-ın vahid namizədi olub, amma deputat seçilə bilməyib.

Gültəkin ƏLƏSGƏR    

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı