Modern.az

Xalq artisti Rasim Balayevlə FOTOSÖHBƏT

Xalq artisti Rasim Balayevlə FOTOSÖHBƏT

Fotosöhbət

8 Avqust 2014, 13:42

Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatıçısı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Sönmüş ocaqların işıqları" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilmdə", "Mosfilmdə" və başqa studiyalarda filmlərə çəkilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Bir sıra orden və medallarla təltif olunub. Evlidir, 2 övladı var.

 

Sağda rəhmətlik qardaşım Ramizdi.

 

Bura Moskvadır. 10 yaşım vardı.

 

Bu şəkli universitetdə oxuyan vaxt, 1-ci ya 2-ci kursda çəkdirmişəm.

 

O zamanlar Latviya Büro propaqandası bu şəklimi açıqca kimi buraxmışdı. 20-21 yaşım olardı. 

 

Bu şəkil "Bir bağ mövsümü" filmində Alik rolunda oynayarkən çəkilib.

 

Yazıçı Fərman Kərimzadə və mən.  

 

1974-cü il. Daşkənd kino festivalında məşhur türk aktrisası Fatma Kiriklə birgə.

 

"Nəsimi" filmində baş rol mənə böyük uğur gətirdi.

 

"Dünya dairəvi olmasaydı" filmində baş roldayam. Yanımdakı polyak aktrisasıdı. 

 

İnsitutda 3-cü kursda oxuyurdum. "Sən həmişə mənimləsən" filmindən epizod.

 

"Babək" filmində baş rolu oynamaq karyeramda böyük dəyişiklik etdi.

 

"Babək" filminin çəkilişində fasilə idi. Mən də fürsətdən istifadə edib "Müasir Amerika poeziyası" kitabını oxuyurdum. 

 

“Qanayan yara Bosniya” türk filmindən bir epizod.

 

Daşkənd festivalı. Ortadakı xanım Loretta Poulter adlı məşhur zənci aktrisasıdır.

 

Festivaldayıq. Həsən Məmmədov, türk aktyoru Tarih Akanla.

 

"Firəngiz" filmində istedadlı aktrisa mərhum Vəfa Fətullayeva ilə birgə çəkilmişəm.

 

Banket təşkil olunmuşdu.Yaqub Zurufçu, Şövkət Ələkbərova ilə şəkil çəkdirdik.

 

"Alman klinikasına şəxsi vizit" filmində Nazim rolundayam. 

 

"Özbəkfilm"in çəkdiyi filmdə Özbəkistanın məhşur aktyoru Həşim Qadoyev ilə birgə.

 

İran filmi “Divlər zindanı”nda Qüdrət rolunda divlərlə vuruşuram. 

 

Amerikada səfərdəyəm.

 

İsmayıllının Lahıc kəndində təşkil olunan kinofestivalda. 

 

Kino günü idi.

 

Dünyanın işlərinə qarşı bir münasibət. Fikirləşirəm ki, bu dünyanın axırı necə olacaq..?

 

Ramiz Mirzəyev, Zəlimxan Yaqub, Qəzənfər Paşayevlə birgə.

 

Mərhum Prezident Heydər Əliyev məni dövlət ordeni ilə təltif edir. 

 

Rəmişlə bir məclisdəyik.

 

Görkəmli kinorejissor Rasim Ocaqovla fikir mübadiləsi aparırıq.

 

Məşhur xanəndəmiz Ağaxan Abdullayevin yubileyi. Ramiz Rövşən, yubilyar və Ağadadaş Ağayev.

 

Şamaxıda Nəsimi heykəlinin açılışıdı. Prezident İlham Əliyev orada idi.

 

"Cavid" filmindən bir kadr.

 

Dəniz Donanmasının genaralının mənə hədiyyə verdiyi zaman çəkilib bu şəkil.

 

Nəvəm Sevil ilə İtaliyada dostumun evində qonaq idik.

 

Ömür nə tez gəlib keçdi, yaşlaşmışam.

 

Misir piramidaları və mən. 

 

Dəqiq yadımda deyil, yenə nəsə müzakirə edirik. Şəfiqə xanım, Rasim müəllim və mən.

 

Qucağımdakı qız mənim nəvəmdi, oğlan qudamın. Xala uşaqlarıdı.

 

"Şərq-Qərb" festivalı zamanı müsahibə verirəm.

 

Dövlətdə dəvə, övladda nəvə. 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi