Modern.az

Türkiyədə siyasi partiyalar büdcədən nə qədər pul alır?

Türkiyədə siyasi partiyalar büdcədən nə qədər pul alır?

10 Yanvar 2014, 16:37

Türkiyədə dövlətdən yardım alan siyasi partiyalar 2014-cü ilin eyni zamanda bələdiyyə seçki ili olması səbəbi ilə 2 qatı məbləğində xəzinədən pul alacaqlar. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, hansı siyasi partiyaların nəyə görə yardım alacağı və pulların hesablara nə vaxt yatırılacağı məlum olub.

“Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq dövlət köməyinə haqq qazanan partiyaların pullarının bu gün içində hesablara yatırılması gözlənilir Edilən kömək miqdarlarına baxılanda ən böyük payı hakim Ədalət və İnkişaf Partiyası, ardından Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyası gəlir. “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq, sonuncu millət vəkili seçkilərinə qatılma haqqı tanınan və ümumi baryeri aşmış olan siyasi partiyalara hər il dövlət büdcəsindən ödənmək üzrə o ilki ümumi büdcə gəlirləri cəminin 5 mində 2-si nisbətində maliyyə yardımı təmin edilir. Həmin qanuna uyğun olaraq dövlət köməyinə haqq qazanan 3 partiyaya 2014-cü ilin bələdiyyə seçkisi ili olması səbəbi ilə 2 qatı məbləğində büdcədən yardım ediləcək. Beləliklə, həmin siyasi partiyalar cəmi 315,7 milyon lirə məbləğində yardım alacaqlar.  
Bu pulun 177 milyon 130 min 328 lirəsi AKP-yə, 92 milyon 343 min 259 lirəsi CHP-yə və 46 milyon 233 min 934 lirəsi MHP-yə ödənəcək.    

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?