Modern.az

Yazıçılar Birliyi qurultayın vaxtını yenidən dəyişdirdi

Yazıçılar Birliyi qurultayın vaxtını yenidən dəyişdirdi

13 Yanvar 2014, 15:19

“Qurultayımız mart ayında yox, aprel ayında baş tutacaq”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin baş katibi xalq şairi Fikrət Qoca bildirib.

Qeyd edək ki, hələ ötən il keşirilməsi nəzərdə tutulan qurultay müəyyən səbəblərdən bir ilə yaxın müddətdir ki, gecikir. Son olaraq birliyin sədri xalq yazıçısı Anarın mətbuata verdiyi açıqlamaya əsasən, qurultay bu ilin mart ayında baş tutacaqdı. Amma qurultayın vaxtı növbəti dəfə dəyişdirildi:
“Hazırda qurultayla bağlı işlər görülür. İşləyirik. Dəvət edəcəyimiz qonaqların siyahısını tərtib edirik”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi