Modern.az

Ronaldo ikinci dəfə “Qızıl top"u qazandı

Ronaldo ikinci dəfə “Qızıl top"u qazandı

13 Yanvar 2014, 23:30

"Qızıl top"u Ronaldo qazandı

Yanvarın 13-də FİFA 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Modern.az xəbər verir ki, İsveçrənin Sürix şəhərindəki tədbirdə dünyanın ən yaxşı futbolçusunun seçilməsi üçün keçirilmiş səsvermənin yekun nəticəsi açıqlanıb. Və "Real" (Madrid) klubunun portuqaliyalı hücumçusu  Kriştiano Ronaldo rəqibləri Frank Riberi və Lionel Messini geridə qoyaraq "Qızıl top"un sahibi olub.

Xatırladaq ki, bu mükafatı sonuncu dəfə L.Messi qazanmışdı.

Qeyd edək ki, Ronaldo 2013-ci ildə ümumilikdə 69 qol vurub. O, 2008-ci ildə də "Qızıl top"u qazanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi