Modern.az

Azərbaycanlı alim Türkiyə gündəmini zəbt edib

Azərbaycanlı alim Türkiyə gündəmini zəbt edib

16 Yanvar 2014, 11:57

Fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Qəşəmoğlunun Türkiyə mətbuatına verdiyi müsahibə böyük rezonans yaradıb. Belə ki, alimin Modern.az-a verdiyi açıqlamaya əsasən, yaradıcısı olduğu Ahəngyol elmi nəzəriyyəsi barədəki söhbət qardaş ölkədə çox müsbət qarşılanıb. Türkiyənin bir çox universitetləri və media qurumları Azərbaycan aliminə işbirliyi üçün müraciət edib. Ahəngyol nəzəriyyəsi bundan əvvəl də qardaş Türkiyənin bir çox şəhərlərində İstanbul, Sakarya,  Ankara, Konya, Eskişəhər, Erzurum və s. yerlərin  ali məktəb və elmi mərkəzlərində müzakirə edilib.

Qeyd edək ki, Əhməd Qəşəmoğlu tərəfindən əsası qoyulmuş Ahəngyol elmi nəzəriyyəsi sistem nəzəriyyəsi ilə təsəvvüfün sintezini özündə əks etdirir.  Bütün kainatın eyni ahəng altında harmonik  hərəkəti bu nəzəriyyəs üçün əsas götürülür. Ahəngyol elmi nəzəriyyəsini ekologiya, bioekologiya, informatika texnologiyası, fizika, psixologiya, təhsil, anatomiya və digər sahələrə tətbiq etməklə mükəmməl nailiyətlər əldə etmək mümkündür.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub