Modern.az

Şumaxer haqda çox pis xəbər: komadan ayılmayacaq

Şumaxer haqda çox pis xəbər: komadan ayılmayacaq

16 Yanvar 2014, 14:29


Keçirdiyi xizək qəzasından sonra hələ də komada olan əfsanəvi yarış pilotu Mixail Şumaxer bundan sonrakı həyatını komada keçirə bilər.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, həkimlərin verdiyi son məlumata görə, Şumaxerin həyatının geri qalanını komada keçirmə təhlükəsi var. Bununla yanaşı, həkimlər oyandırmağı bacarsa da, müxtəlif fəsadlarının ortaya çıxa biləcəyi iddia edilir.  

Mətbuatda yayılan xəbərlərdə isə qəza sonrası xəstəxanaya gedilən müddət və yol şərtləri səbəbilə Şumaxerin beyninə uzun müddət oksigen getmədiyi, komada uzun müddət qalmasının isə bədən funksiyalarına zərər verdiyi ifadə edilir.  

Mövzu haqqında danışan beyin cərrahı Andreas Zieger isə "Şumaxerin vəziyyəti kritikdir, amma ortaya atılan iddiaların bir hissəsi səhvdir. Koma vəziyyəti həyatla ölüm arasındadır və burada keçən müddət beyinə zərər verməz. Normal koma vəziyyətlərində iki həftəlik bir müddət əhəmiyyətlidir. Şumaxer üçün hər şey edilir. Ancaq gün keçdikcə koma halının davamından narahat olmalıyıq”, - deyib.    

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır