Modern.az

Zəlimxan Məmmədli yenidən "Borçalı"nın sədri seçilib

Zəlimxan Məmmədli yenidən "Borçalı"nın sədri seçilib

17 May 2010, 16:38

”Borçalı” İctimai Cəmiyyəti növbəti konfransını keçirib. Keçirilən tədbir zamanı cəmiyyətin bir illik fəaliyyətinə qiymət verildi.

Cəmiyyətin sədri Zəlimxan Məmmədli öncə qurumun bir illik fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, qurum türkçülük və dövlətçilik ideyası ətrafında birləşərək, demokratik dəyərlərə sədaqət yolunu seçib. Cəmiyyət sədrinin sözlərinə görə, bir illik fəaliyyət nəticəsində gürcü və Azərbaycan cəmiyyəti arasında yaranan etimadsızlıq mühiti aradan qaldırılıb: “Əsas hədəflərdən biri də ”Borçalı" cəmiyyətini təmərküzləşdirib istiqamətini Borçalıya yönləndirməkdir. Gürcüstan həm də separatizmdən uzaq olan borçalıların dövlətidir. Separatizmi dəstəkləmək bəşəri dəyərlərdən imtina etmək deməkdir. Gürcüstan Qafqazda Azərbaycanın yeganə müttəfiqidir".                                         Gürcüstan üzərindən reallaşan enerji layihələrini xatırladan Z.Məmmədli Avropanın xilas yolunun Borçalıdan keçdiyini söylədi: “Cəmiyyət təşkilatlanmaya doğru gedir. Marneulidə azərbaycanlı gənclərin birinci qurultayı keçirilib. Bundan başqa, Rustavidə gürcü-Azərbaycan təmayüllü universitetin yaradılması üçün ilkin razılığa gəlinib, Telavi Dövlət Universitetinin elmi şurası borçalışünaslığın tədqiqi ilə bağlı tramplin rolu oynamağa razılıq verib”. 

Hesabat məruzəsi ətrafında çıxışlar olub.  Birinci  çıxışı zamanı Akademik Budaq Budaqov  Borçalı ensiklopediyasının hazırlanmasını təklif edib və cəmiyyətin bir illik fəaliyyətini yüksək qiymətləndirib.   Folklorşünas E.Məmmədli toponimlərin dəyişdirilməsinə dair ziyalılar arasında toplanan 1200 imzanın Gürcüstanın prezident aparatına təqdim edildiyini bildirib. Sonra professor Vəli Osmanlı, Borçalı Aşıqlar Birliyinin sədri, Osman Dərviş, Elmlər Akademiyasının müxbir üzvü, akademik Ramiz Məmmədovun çıxışları olub. R.Məmmədov cəmiyyətin mətbu orqanının yaradılmasına ehtiyac olduğunu söyləyib.   Daha sonra sədr, 15 nəfərlik İdarə Heyəti və 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib. Z.Məmmədli təkrarən nizamnaməyə uyğun olaraq konfrans nümayəndələrinin iştirakı ilə 4 illiyinə cəmiyyətin sədri seçilib. Z.Məmmdli “Borçalı” İctimai Cəmiyyətinin yaxın dövr üçün 1 illik fəaliyyət istiqamətləri haqda məlumat verib.

Onun sözlərinə görə, ilk növbədə təhsillə bağlı. Gürcüstandan gəlib Azərbaycanda təhsil alan tələbələrlə bağlı dövlət proqramı hazırlanmalıdır: “Borçalıya böyük qayıdış proqramına start verilib. Geri qayıdanların sosial-müdafiə  rifah halının yaxşılaşdırılması üçün Azərbaycanın dövlət büdcəsindən müəyyən vəsait ayrılmalıdır. Orda işsizliyin aradan qaldırılması məqsədilə müəyyən işlərə start verilib”. 

Sonra toponimlərlə bağlı bu ilin sonuna qədər müsbət həllinə çalışacaq, bu ilin iyul ayının 25-də Başkeçid yaylağında  II “Borçalı türklərinin elat mədəniyyəti” tədbirinin keçiriləcəyini, sentyabr oktyabr aylarında Gürcüstan problemləri ilə bağlı  beynəlxalq konfransın keçiriləcəyini söylədi. O cümlədən yaxın zamanlarda “Borçalı” Cəmiyyətinin Gürcüstanda nümayəndəliyinin yaradılmasını və s. məsələlərin qarşıda durduğunu qeyd edib.

Ən yaxın zamanlarda Gürcüstanın Tbilisi şəhərində 26 may Gürcüstanın müstəqillik günü  ilə bağlı bayram mitinqinin keçiricəyə bildirilib. Z.Məmmədli eyni zamanda gürcüstanlı iş adamlarını, gürcüstanlı ziyalılarını, azərbaycanlı iş adamlarını, azərbaycanlı ziyalılarını Borçalıya biganə qalmamağa səsləyib. Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir