Modern.az

"Xəzər həftəsi" ilə əlaqədar iməciliklər keçirilir

"Xəzər həftəsi" ilə əlaqədar iməciliklər keçirilir

28 Sentyabr 2009, 13:42
Dünyada olduğu kimi ölkəmizdə də Beynəlxalq dəniz həftəsi ərəfəsində müxtəlif kütləvi, maarifləndirici tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər həftəsinin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən mütəxəssislərin iştirakı ilə sentyabr 24-də də Dövlət Neft Akademiyasının, Bakı Dövlət, Texniki, Memarlıq və İnşaat Universitetlərinin müəllim və tələbələrinin iştirakı ilə dəyirmi masa, eləcə də sentyabrın 25-də Hövsan qəsəbəsinin 196 saylı orta məktəbinin müəllim və şagird heyəti ilə seminar məşğələ təşkil olunub.
Eyni zamanda 26 sentyabr 2009-cu il tarixdə ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, ictimaiyyət və QHT nümayəndələri ilə birgə Buzovna qəsəbəsinin sahil zolağında iməcilik keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Xəzər həftəsi" çərçivəsində sahilzolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir