Modern.az

Ədliyyə naziri Ərdoğanın oğlundan danışdı

Ədliyyə naziri Ərdoğanın oğlundan danışdı

17 Yanvar 2014, 10:56

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu  Bilal Ərdoğanın nəzarət altına alınması, yaxud saxlanılması ilə əlaqədar heç bir hərəkətin olmadığını söyləyib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bəzi millət vəkillərinin Bilal Ərdoğan ilə əlaqədar sualına cavabında nazir Bozdağ bunları söyləyib: “Hörmətli Bilal Ərdoğan ilə əlaqədar bir millət vəkili yoldaşımız bir təşəbbüsdə bulunub. Onunla əlaqədar bir tutulma və nəzarət qərarının olmadığını buradan ifadə etmək istəyirəm. Olmayan bir qərarın aradan qalxması da söz mövzusu deyil. Türkiyədən ayrılması, başqa bir ölkəyə getməsi, gizlənməsi kimi xəbərlərin hamısı reallıqdan uzaqdır. Bunların hamısı hökumətimizi, baş nazirimizi ləkələməyə yönəlik xəbərlərdir”.


   
Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər