Modern.az

Prezidentdən etiraf: “Qazaxıstan Avropadan 50 il geri qalır”

Prezidentdən etiraf: “Qazaxıstan Avropadan 50 il geri qalır”

17 Yanvar 2014, 17:28


Qazaxıstan keçmiş SSRİ respublikaları ilə birlikdə Qərbdən 50 il geri qalıb, amma dünyanın 30 inkişaf etmiş ölkəsi siyahısına düşmək perspektivi var. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində deyib: “Biz əgər dünyadakı iqtisadi inkişafdan geri qalmaq istəmiriksə, sədləri aşmalıyıq. Mən tam inanıram ki, Qazaxıstan bu vəzifənin öhdəsindən gələcək”. Onun fikrincə, Qazaxıstanın artıq bu böyük vəzifənin öhdəsindən gəlməsi üçün ehtiyatları və kadrları var.

Qazaxıstan 2013-cü ilin nəticələrinə görə qlobal rəqabətlilik reytinqində keçmiş SSRİ respublikaları arasında Azərbaycan, Litva və Estoniyadan geri qalaraq 50-ci olub. Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir