Modern.az

Xüsusi icazəylə və icazəsiz öldürənlər

Xüsusi icazəylə və icazəsiz öldürənlər

17 Yanvar 2014, 21:43

Siqaret alıram. Üstünə aksiz markası vurublar. Eyniylə spirtli içkilərdə olduğu kimi. Üstə gəl kassanın yanında siqaret satışına dair xüsusi lisenziya kağızı da yapışdırıblar. Heç bir aptekdə də psixotrop dərmana bu qədər icazə yoxdur.

Çox qəribə məntiqdir elə deyilmi? Səhiyyə nazirliyi xəbərdarlıq edir ki, siqaret sağlamlığınıza ziyandır. Üstünə hələ qətranın, nikotinin qramın da qeyd edir. Xaricin Səhiyyə nazirlikləri bir az da irəli gedərək üz qabığına “Siqaret öldürür!!!” deyə yazırlar. Bütün bunlardan sonra isə bu məhsul nəinki qadağan edilir, hətta ona aksiz markası da yapışdırırlar. Üstə gəl ticarət idarəsi satışına lisenziya – xüsusi icazə kağızı da verir. Hələ aksiz markasını və lisenziyanı da pulla əldə etməlisən. Bunu da dövlət sənə satır.  Sonra da siqaretə pul verib,  sinənə çəkib sağlamlığına ziyan vurmalısan. Lap Səhiyyə Nazirliyinin üstündə yazdığı kimi. Ay camaat, ikinci belə bir şey görmüşdünüzmü ki, xəbərdarlıqla, icazəylə, bac-xəracla adamlara ziyan vursunlar? Həm canına, həm cibinə.

İndi deyəcəksiniz ki, bəs ağlın hardadır? Çox  da ki satılır. Alma. Çəkmə. Sağlamlığına da ziyan vurma, cibinə də. Mən razı. Onda morfı, nəşə, kokoin və digər uyuşdurucular da dükanlara açıq satışa çıxarılsın da. Üstünə də “Öldürər!” sözü yazılsın. Mən də ağıllı adam kimi almayım, istifadə də etməyim.

Nə isə çox danışdım. Deyən lazım ki, jurnalist adamsan öz sahəndən danış. Denən ki, bəs qəzet-jurnalların satışın niyə qadağan ediblər? Axı, qəzet sağlamlığa ziyan vurmur?! Səhiyyə Nazirliyi hər hansı xəbərdarlıq etmir. Aksiz markası yoxdur. Çap edilməsiyçün xüsusi lissenziya da tələb olunmur. Sadəcə maarifləndirir. Jurnallar isə  əyləndirir. Biz də baxıb feyziyab oluruq. Doğurdan e, görəsən qəzetlərin satışına niyə məhdudiyyətlər qoyulur? Siqareti, hətta xarici aksiz markası olan, yəni qadağan edilən  siqaretləri metroların dörd ətrafında, şəhərin mərkəzi küçələrində satırlar. Özü də ki, lissenziyasız və aksiz markasız.

Bir ağıllı adamdan soruşdum. Qəribə cavab verdi. Dedi ki, Mahir siqaret konkret olaraq  orqanizmi zəhərləyir. Siqaret  sağlamlığımıza təsir edir, qəzet isə ruhumuza, mənəviyyatımıza.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub