Modern.az

Prezident sarayında gizli qaz xətti aşkarlandı

Prezident sarayında gizli qaz xətti aşkarlandı

Dünya

18 Yanvar 2014, 10:06
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sarayı qazla qanunsuz təmin olunub, yeyinti yeraltı gizli qaz xətti ilə həyata keçirilib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda ölkənin energetika nazirinin müavini İlya Eloşvili və “Kaztransqaz Tbilisi” şirkətinin nümayəndələri mətbuat konfransında məlumat veriblər. Sayğaca qoşulmayaraq yerin altından çəkilən qaz xətti növbəti yoxlama zamanı aşkarlanıb. Belə ehtimal olunur ki, oğurluq bina istifadəyə veriləndən başlayıb. Həmin binada ayda 5000-6000 lari dəyərində təbii qazdan istifadə edildiyi bildirilir. Yoxlamanı aparanlar administrativ qanun pozuntusunu aktlaşdıraraq qazın verilməsini dayandırıblar. Dövlət təchizatı xidməti cəriməni ödəyəndən sonra qazın binaya verilməsi bərpa olunacaq. 2004-cü ildə tikilən Saakaşvilinin sarayı ilə bağlı KİV-də dəfələrlə məlumatlar verilib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır