Amerika prezidenti Barak Obamanın Keniyadan olan xalası 57 yaşlı Zeyutini Onyanqo Amerikada rəsmi qaçqın statusu və ölkədə daimi yaşamaq hüququ qazanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin xalasının arzusunun təmin olunması barədə məlumatı onun vəkilləri Klivlenddə keçirdikləri mətbuat konfransında bəyan ediblər. Oniyanqo 2000-ci ildə Keniyadan ABŞ-a köçərək hakimiyyət orqanlarından siyasi sığınacaq istəyib, lakin xahişinə rədd cavab alıb. 2004-cü ildə məhkəmə onun ölkəni tərk etməsi barədə qərar çıxarıb. Lakin qadın növbəti dəfə müraciət edib, o bunu ölkəsində tayfalararası münaqişənin kəskinləşməsi ilə həyatına təhlükə yaranması ilə izah edib. Məhkəmənin qərarına qulaqardına alan Oniyanqo 2008-ci ilin dekabrına qədər qeyri-leqal şəkildə Massaçusets ştatında yaşamaqda davam edib. Əlil arabasında oturan Onyanqo məhkəmədə hakimlərin suallarını cavablandırıb. Prezidentin xalasının durumu məhkəmənin onun arzusunu təmin edən qərar çıxarmasına yol açıb. Onyanqo kömək üçün özünün yüksəkrütbəli qohumuna heç vaxt ağız açmadığını deyib.